Фурасол — boğazını yüksək səslə qarqara et!

Фурасол — boğazını yüksək səslə qarqara et!

Фурасол preparatının köməyi ilə infeksiyanı müalicə et və onun inkişafının qarşısını al

Фурасол preparatının köməyi ilə infeksiyanı müalicə et və onun inkişafının qarşısını al

Soyuqdəymə xəstəlikləri mövsümü və boğaz ağrısı. İltihablaşmış diş əti. Skeytbordda ehtiyatsız gediş və cızılmış dizlər. Müxtəlif vəziyyətlər, bir həll – Фурасол. Mikrobların məhv edərək və yuyub kənarlaşdıraraq, infeksiyanın baş verdiyi yerdə birbaşa təsir göstərən antibakterial preparat.

Ağız boşluğu

Ağız sağlamlığının ümumi sağlamlıq vəziyyətimizə necə təsir edə biləcəyi barədə düşündünmü? Ağız boşluğunun pis gigiyenası təkcə ağızdan pis qoxu gəlməsinə və ya dişlərin və diş ətinin sağlamlığı ilə əlaqədar problemlərə, məsələn, gingivit, periodontit və stomatitə səbəb olmur. Ağız boşluğunun pis gigiyenası həm də ürək xəstəlikləri, şəkərli diabet və digər xəstəliklərlə sıx əlaqəlidir. Beləliklə, ağız boşluğunun sağlamlığının qayğısına qalmaq həm ümumi sağlamlıq vəziyyətimizə, həm də əhvalımıza və həyatdan nə dərəcədə zövq almağımıza təsir göstərir. Ağız boşluğuna mütəmadi və düzgün gündəlik qulluq iltihab ocaqlarının sayının və diş əti xəstəliklərinin artmasının qarşısını almağa imkan verən həlledici amildir.

Ağız boşluğu Vairāk
Boğaz

Boğaz ağrısının ailə həkiminə müraciət etmək üçün ən çox rast gəlinən səbəblərdən biri olduğunu bilirsənmi? İlk növbədə, adətən, boğazda iynə batması və ya cızılma hissi meydana çıxır, bu hisslər ağrı və udmanın çətinləşməsi, eləcə də səsin xırıltılı olması ilə müşayiət oluna bilər. Bu simptomlar çox zaman bədən temperaturunun yüksəlməsi ilə müşayiət olunur. Bu əlamətlərin törədiciləri əsasən, insanın udlağında mövcud olan müxtəlif viruslar və bakteriyalardır, onlar müxtəlif amillərin təsiri altında çoxalmağa başlaya və xəstəlik törədə bilərlər.
Boğaz ağrısı, orta hesabla, 3-7 gün davam edir. Boğaz ağrısının müalicəsi üçün bitki çayları – çobanyastığı, adaçayı, gülümbahar, habelə tərkibində bal və boğaz ağrısının azaldılması üçün dərman vasitələri olan məhsullar istifadə edilə bilər. Lakin əgər boğaz güclü dərəcədə iltihablaşmışdırsa, onu qarqara etmək lazımdır.

Boğaz Vairāk
Yaralar

İlin isti vaxtlarında həyatımızın ritmi daha fəal olur. Biz həm iş günlərində, həm də bayramlarda, eləcə də idmanla məşğul olarkən təmiz havada daha çox vaxt keçiririk. Həyatın fəal ritmi çox vaxt diqqətsizlik nəticəsində yaranan müxtəlif vəziyyətlərlə müşayiət olunur ki, bu da xəsarətlərin – sıyrıqların, müxtəlif ölçülü yaraların və yanıqların baş verməsinə imkan yaradır. Xəsarətlərin bir hissəsi həkimlərin səlahiyyətlərinə buraxılmalıdır, lakin bəzi yaralar ev şəraitində müalicə edilə bilər. İstənilən yara düzgün işlənilməlidir – qanaxmanı dayandırmaq, yaranı antibakterial vasitə ilə işləmək və sarğı qoymaq lazımdır. Antibakterial vasitə nəinki xırda yad cisimlərin yuyulub kənarlaşdırılmasına kömək edir, həm də infeksiyanı müalicə edir, onun inkişafının qarşısını alır. Fəal istirahət zamanı özünüzü arxayın hiss edin!

Yaralar Vairāk

İltihabın yerli müalicəsi məqsədi ilə geniş təsir
spektrinə malik olan antibakterial yaxalayıcı vasitə.

Udlağın iltihabi xəstəliklərinin müalicəsi
üçün nəzərdə tutulmuşdur

Böyüklər və uşaqlar tərəfindən
istifadə üçün uyğundur

Ağız boşluğunun iltihabi xəstəliklərinin
müalicəsi üçün nəzərdə tutulmuşdur

İnfeksiyalaşmış yaraların və yanıqların
müalicəsi üçün nəzərdə tutulmuşdur

İltihaba səbəb olan törədicilərə təsir edir

  • Udlağın iltihabi xəstəlikləri
    (faringit, tonzillit, laringit)
  • Boğazda, xüsusən, udqunma zamanı güclü ağrı
  • Badamcıqlar üzərində ağ rəngli ərp və ya irin
  • Selikli qişanın ödemi və hiperemiyası (qızarması)
  • Ağız boşluğunun iltihabi prosesləri
    (gingivit, stomatit, parodontit)
  • Diş ətinin iltihabı
  • Diş ətinin ödemi
  • Diş ətinin qızarması və qanaması
  • Yaralar və yanıqlar
    üçün
  • İnfeksiyalaşmış yaralar
  • Kimyəvi və termiki yanıqlar
  • Irinli iltihablar

Böyüklər və uşaqlar tərəfindən istifadə üçün uyğundur*

Bunları bilmək vacibdir!

Məhlul istifadədən bilavasitə əvvəl hazırlanır. Hazırlanmış məhlulu saxlamaq olmaz!

Məhlulun hazırlanması prosesi

Paketin içindəki tozu bir stəkan (200 ml) qaynadılmış və ya distillə olunmuş isti suda həll edin.

Məhlul qarqara üçün istifadə edilir
Ağız boşluğunun və udlağın iltihabı zamanı
  • gündə 2-3 dəfə
gündə 2-3 dəfə
  • gündə 1-2 dəfə
*4 yaşdan kiçik uşaqlarda ağız boşluğunun yaxalanması və boğazın qarqara edilməsi üçün nəzərdə tutulmamışdır.

Bunları bilmək faydalıdır!

Фурасол preparatı haqqında

Tərkibində: Furaginum solubile (həll olan furagin) vardır

Фурасол tozu – ağız boşluğunun və udlağın iltihablarının, infeksiyalaşmış yaraların, yanıqların və irinli iltihabların müalicəsi zamanı istifadə edilən məhlulun hazırlanması üçün nəzərdə tutulmuş antibakterial vasitədir.

Фурасол preparatının təsiredici maddəsi həm qram-müsbət, həm də qram-mənfi mikrofloraya qarşı, habelə patogen stafilokokkların ştammlarına, antibiotiklərə və digər antibakterial vasitələrə davamlı olan digər bakteriyalara qarşı effektiv təsir edən həll olan furagindir.

Фурасол preparatının tərkibi :

Preparatın təsiredici maddəsi həll olan furagindir.

İçərisində toz olan hər bir paketdə 87,4 mq furaginə ekvivalent olan 100,00 mq həll olan furagin vardır.

Digər komponentlər.

Фурасол preparatının tərkibindəki köməkçi maddə – natrium xloriddir

Bu preparatı hər zaman istifadə təlimatına ciddi uyğun şəkildə, yaxud da həkimin və ya əczaçının tövsiyə etdiyi qaydada istifadə edin. Suallarınız yarandığı halda, həkimə və ya əczaçıya müraciət edin.

Məhlul istifadədən bilavasitə əvvəl hazırlanır. Hazırlanmış məhlulu saxlamaq olmaz!

Ağız boşluğunun və udlağın iltihabı

Paketin içindəki tozu bir stəkan (200 ml) qaynadılmış isti suda həll edin. İlıq məhluldan ağız boşluğunun və udlağın yaxalanması üçün gündə 2-3 dəfə istifadə edilir.

İnfeksiyalaşmış yaralar, yanıqlar və irinli iltihablar

Haradan almaq olar?

Latviyada yaradılıb — OlainFarm tərəfindən istehsal edilib

OlainFarm — bütün dünyada tanınmış böyük bir şirkətdir!

Map
Reklamverən: Olainfarm SC

Əlaqə məlumatları

  • Rupnitsu küç. 5, Olayne, LV-2114, Latviya
  • Telefon: (+371) 670-13-705
  • Email:[email protected]
Reklamverən

OlainFarm — bütün dünyada tanınmış böyük bir şirkətdir!

Reklamverən: Olainfarm SC
Fenkarol Map